Xeber44.Com -  internet qəzeti
Xeber44.Com – İnternet qəzeti
31-03-2011, 16:01 - 
ÖLKƏ,           Baxılıb 302 dəfə
Masallı polisi və milli təhlükəsizlik idarəsindən dindarlara xəbərdarlıq.

Masallı polisi və milli təhlükəsizlik idarəsindən dindarlara xəbərdarlıq.

Azərbaycan İslam Partiyasının 8 aprel Cümə gününə təyin etdiyi Qarabağ probleminin həlli, həbsdə olan islamçıların azad olunması və hicab probleminin həlli məsələləri ilə bağlı mitinq Masallı güc strukturlarını narahat etməyə başlayıb.







Masallı polisi və milli təhlükəsizlik idarəsindən dindarlara xəbərdarlıq.
Yamehdi.az saytına verilən məlumata görə,Azərbaycan İslam Partiyasının 8 aprel Cümə gününə təyin etdiyi Qarabağ probleminin həlli, həbsdə olan islamçıların azad olunması və hicab probleminin həlli məsələləri ilə bağlı mitinq Masallı güc strukturlarını narahat etməyə başlayıb.Belə ki,Masallı polisi və milli təhlükəsizlik idarəsi dindarlara,onların ailəsinə və yaxın qohumlarına xəbərdarlıq edərək 8 apreldə keçiriləcək mitinqdə iştirak etməməyə çağırıb.Əks təqdirdə onları şərləyərək həbs edəcəkləri ilə təhdid ediblər.
(Xatırladaq ki,Masallı polisi şərləmə metodundan istifadə edərək EMBAWOOD mebel fabriki sahibinin bacısı oğlu Sərraf Əliyevi noyabrın 23-ü 2010-cu ildə,evdə 14 yaşlı bir qızla “yaxalayıb”. Bu, Sərraf Əliyevdən pul qopartmaq üçün təşkil edilmiş təxribat olub.Nəticədə Sərraf Əliyev intihar edib.
Masallı polisi və milli təhlükəsizlik idarəsi yanvar ayının 24-ü 2011-ci ildə Azərbaycanın tanınmış ruhanilərindən olan Hacı Fəramiz Abbasovu hicab qadağasına və ölkədə gedən haqsızlıqlara etiraz etdiyi üçün şərləyərək həbs edib.
Bu siyahını çox uzatmaq olar.Lakin biz bu iki faktı yazmaqla kifayətlənirik.)
Masallı dindarları bu təhdidlərdən çəkinməyərək hicabı və həbsdə olan ruhani və dindarları müdafiə edəcəklərini bildirmişlər.

Xəbərdən istifadə zamanı Xeber44.Com saytına istinad vacibdir ...!
Xəbəri Paylaş
Bölməyə aid digər xəbərlər...
 
Video Xəbərlər
Reklam
Xəbər lenti
18-06-2013, 20:04
18-06-2013, 11:03
18-06-2013, 11:01
18-06-2013, 00:16